"Axşama qədər Afrin terrorçulardan təmizlənəcək”

"Axşama qədər Afrin terrorçulardan təmizlənəcək”

14 Mart 2018 13:49
148
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu günün sonunadək Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Afrini terrorçulardan təmizləyəcək".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Afrində keçirilən əməliyyat nəticəsində 3444 PYD/YPG terrorçusu məhv edilib: "Ümid edirəm ki, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək".


Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyata başlayıb.(azvision.az)