Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib -

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib -

14 Mart 2018 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Mediainfo.az saytına Müdafiə nazirliyindən verilən məlumata görə, milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.