Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfərə gəlir

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfərə gəlir

13 Mart 2018 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfər edəcək.

Azadinform xəbər verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti məlumat yayıb.

Səfər 14-15 mart tarixlərinə nəzərdə tutulub.

Səfər çərçivəsində türk nazir prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Bundan başqa, Yıldırım Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.