20 ölkənin parlamentariləri Bakıda görüşürlər

20 ölkənin parlamentariləri Bakıda görüşürlər

13 Mart 2018 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "İpək Yolu Boyunca İqtisadi Əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdiiməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans bu gün öz işinə başlayır.

"Feyrmont" otelində təşkil edilən mərasimdə ümumilikdə 20 ölkədən parlamentari iştirak edir.

Tədbirdə ATƏT PA sədri Georgi Tsereteli, Monteneqro parlamentinin sədri, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajovic, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Monqolostan Xarici İşlər naziri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua məruzə ilə çıxış edəcəklər.

Tədbirin moderatotu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.(axar.az)