Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimləri başladı-VİDEO

Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimləri başladı-VİDEO

12 Mart 2018 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimləri başlayıb.

Mediainfo.az saytına Müdafiə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.