Deputatımız Rusiyada keçirilən prezident seçkilərini müşahidə edəcək

Deputatımız Rusiyada keçirilən prezident seçkilərini müşahidə edəcək

11 Mart 2018 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 12-də Sankt-Peterburq şəhərinə səfər edəcək.

Mediainfo.az-a Milli məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaqlar. Seçki günü missiya üzvləri prosesin gedişatına, vətəndaşların fəallığına nəzər yetirəcəklər.
Səfər martın 19-da başa çatacaq.