Britaniya Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyə çağırıb

Britaniya Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyə çağırıb

11 Mart 2018 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, boykot mundiala yüksəkvəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur.

"DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə nəşr mənbənin sözlərini sitat gətirir.

Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.