Yalnız Bakı və Astana bunu bacardı - Markov

Yalnız Bakı və Astana bunu bacardı - Markov

8 Mart 2018 08:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan postsovet məkanında inamla inkişaf edən iqtisadiyyatın yaradılmasına nail olan iki ölkədən biridir.

Report xəbər verir ki, bunu Rusiyanın tanınmış ekspert və politoloqu, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yeni islahatlarla bağlı layihəsini şərh edərkən deyib.

"Qazaxıstan prezidentinin növbəti islahat təşəbbüslərini bir daha alqışlaya bilərik. Ümumiyyətlə qeyd etmək istərdim ki, postsovet məkanında yalnız iki dövlət - Qazaxıstan və Azərbaycan - inamla inkişaf edən iqtisadiyyat yaratmağa və əhalini daima artan rifah səviyyəsi ilə təmin etməyə nail ola bilib", - deyə politoloq vurğulayıb.