2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

7 Mart 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 66 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1528 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Bunu Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.

Onun sözlərinə görə, Xidmət tərəfindən 101064 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

R.Talıbov qeyd edib ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətin regional miqrasiya idarələrində və ya "ASAN Xidmət" mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir. azvision.az