Rusiya 3 nəfər Azərbaycan vətəndaşını ölkədən qovur

Rusiya 3 nəfər Azərbaycan vətəndaşını ölkədən qovur

7 Mart 2018 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının İrkutsk vilayətinin Çunski rayon məhkəməsi Rusiyada qalma rejimini pozan və qalmaq dövrünün sonunda Rusiyanı tərk etməkdən yayınan 3 Azərbaycan vətəndaşının inzibati qayda pozuntusu ilə bağlı işinə baxıb.

"Report" məhkəmənin saytına istinadən xəbər verir ki, məhkəmə Azərbaycan vətəndaşlarını inzibati qayda pozuntusu törətməkdə təqsirləndirib. Nəticədə onlara 2000 rubl inzibati cərimə cəzası verilib və onların Rusiya ərazisindən nəzarət edilən sərbəst çıxış ilə uzaqlaşdırılmasına dair hökm çıxarılıb.

Məhkəmə iclası zamanı Azərbaycan vətəndaşları inzibati qayda pozuntusu ilə bağlı ittihamları tam qəbul ediblər.