Putinin elmi işını Vladimir Litvinenko yazıb

Putinin elmi işını Vladimir Litvinenko yazıb

6 Mart 2018 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin elmi rəhbərinin qızı bəyan edib ki, Putin saxta dissertasiyanın sahibidir. Onun sözlərinə görə, Rusiya Prezidentini iqtisadiyyat elmləri üzrə namizəd etmiş tədqiqat işi ilə Putinin heç bir əlaqəsi yoxdur.

"Putinə dissertasiyanı onun elmi rəhbəri, Sankt-Peterburq dağ-mədən universitetinin rektoru Vladimir Litvinenko yazıb" – bu barədə "Azadlıq radiosu"na alimin qızı Olqa danışıb.

Onun sözlərinə görə, 90-cı illərdə atası saxta dissertasiyaların hazırlanmasını "konveyerə qoyubmuş". "Konveyer"in xidmətindən yüksək məqamlı şəxslər, o cümlədən, Viktor Zubov və Rem Vyaxirev də istifadə ediblər. Elmi dissertasiyanı – mahiyyətcə bir neçə dissertasiyanın birləşdirilməsindən ibarət olan "məhsul"u – Vladimir Putin üçün də hazırlayıblar. Müdafiə üçün dissertasiya şurasına isə lazımi şəxsləri toplayıblar – onlar da necə lazımdırsa, səs veriblər.

1517044328_olga-litvinenko

Litvinenkonun qızının sözlərinə görə, namizədlik işi 30 min avro, doktorluq işi isə 50-100 min avro təşkil edib. Amma bu zaman Rusiyanın gələcək Prezidenti pul ödəməyib. Olqa Litvinenko təsdiqləyir ki, Putinə alimlik dərəcəsi onun atasının rektor vəzifəsini alması qarşılığında verilib. Vladimir Litvinenko bu postda artıq 24 ildir ki, çalışır. Onu dəfələrlə Rusiyanın ən varlı ali məktəb rəhbəri adlandırıblar. Deklarasiyaya görə, alim il ərzində 200 milyon rubl qazanır.

Vladimir Putinin elmi rəhbərinin qızı bir neçə il bunda əvvəl atası ilə aralarında yaşanan konfliktlə bağlı, Rusiyadan gedib. Hazırda Olqa Litvinenko Polşada yaşayır.

Vladimir Putinə disstertasiyanı kimin yazdığını indi yoxlamaq mümkün olmasa da, işin plagiat olduğu dəqiqliklə məlumdur. Bu barədə "Dissertant" şəbəkəsinin əsasını qoyanlardan biri olan Andrey Zayakin danışıb. İlk dəfə Putinin plagiat dissertasiyası barədə informasiyanı amerikalı tədqiqatçılar 2006-cı ildə dərc ediblər.azpolitika.info