ABŞ səfirliyinə qarşı terror cəhdinin qarşısı alınıb

ABŞ səfirliyinə qarşı terror cəhdinin qarşısı alınıb

5 Mart 2018 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum təşkil etməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

AzVision.az "Habertürk"-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin hamısı İraq vətəndaşlarıdır və İŞİD təşkilatının üzvləridir.

Bundan əlavə ABŞ səfirliyinin xəbərdarlığında sonra Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 12 nəfər saxlanılıb. Ümumilikdə isə saxlanılan şəxslərin sayı 16-dır.