Çin hərbi xərcləri sürətlə artırmaqda davam edir

Çin hərbi xərcləri sürətlə artırmaqda davam edir

5 Mart 2018 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə Çinin müdafiə xərcləri 8,1 faiz – 175 milyard dollaradək artacaq.

Bu barədə Ümumçin Xalq Nümayəndələri Məclisinin illik sessiyasında təqdim edilən hökumət hesabatında bildirilir.

2017-ci ildə öz həcminə görə dünyanın ikinci ən böyük hərbi büdcəsi olan Çin müdafiə büdcəsi tarixdə ilk dəfə 150 milyard dolları keçib.

Bir sıra beynəlxalq təşkilatlar Çinin rəsmi açıqlamalarda hərbi büdcəni aşağı rəqəmlərlə ifadə etdiyinə dair fikirlər irəli sürür.(ordu.az)