ABŞ Türkiyəyə qarşı xüsusi terrorçu qrupları göndərir

ABŞ Türkiyəyə qarşı xüsusi terrorçu qrupları göndərir

5 Mart 2018 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ "Zeytun budağı" əməliyyatı nəticəsində PKK-ya ağır zərbə vurulan Afrinə 90-cı illərdən indiyə qədər Quam adasında təlim keçdiyi terrorçuları gətirməyə başlayıb.

Bu barədə "Milliyyət" yazıb.

Tank əleyhinə mübarizə, hava hücumundan müdafiə, rəqəmsal mina təmizlənməsi sahələrində hərbi-taktiki strategiya və manevr təlimləri keçmiş ən azı 70 terrorçu Afrində TSQ-ya qarşı mübarizəyə qoşulub.

Quam adasından Afrinə gətirilmiş dəstə eyni zamanda PKK HAT adı verilən xüsusi təyinatlı qüvvələrin də əsasını təşkil edib. ABŞ-ın əraziyə göndərdiyi xüsusi təyinatlı kürd dəstələri forma və təchizat baxımından ABŞ ordusunun xüsusi təyinatlıları ilə tamamilə eyni imkanlara sahib olmaqla bərabər, həmçinin ABŞ istehsalı ən son texnologiyalı silahlarla təmin olunub.

Qeyd edək ki, Quam adasında yerləşən hərbi bazada İraq, Suriya, İran və s. ölkələrdən toplanan kürd gənclərə siyasət, hüquq, beynəlxalq münasibətlərdən tutmuş hərbi hazırlıq, təyyarə və helikopter idarə etməsinə qədər bir çox fərqli sahədə təlim keçildiyi bildirilir.