Amerikan əsgərlərinin kabusu “Bağdad ovçusu” Juba

Amerikan əsgərlərinin kabusu “Bağdad ovçusu” Juba

4 Mart 2018 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalılar İraqa ayaq basdığı ilk gündən bu torpaqlarda heç bitməyən bir savaşın başlamasına səbəb olub.

Bu sonu bilinməyən savaşlarda ən çox zərər çəkən şübhəsiz yerli əhali, xüsusilə uşaqlar olub. Əgər müharibə varsa, orada günahsız insanların da qanı tökülür deməkdir. Okeanın o biri tərəfindən gələn ABŞ əsgərləri əliyalın İraq xalqına qarşı hədsiz gücdən istifadə etməkdən heç vaxt çəkinməyib. Bu şiddətdən qadın-kişi, qoca-uşaq ayırd etmədən hər kəs öz payını alıb. Xüsusilə müharibə zamanı amerikalı əsgərlərin əsirlər ilə münasibəti dəfələrlə dünya mediasının gündəminə çevrilməyi bacarıb.

İlgili resim

( şəkillərdəki qadın zabit Lindia İnqlanddır (Lynndie England). Lindia və onun kimi davranan digər əsgərlər etdiklərinə görə uzun müddət həbsxanada yatıblar)

İlgili resim

Bir çoxu bu zülmə qarşı səssiz qalmağı seçsə də, aralarında Jubanın da olduğu bəzi döyüşçülər mübarizə aparmağı özlərinə borc biliblər.

Adı, soyadı bilinmir, bəlkə də kabusdur

Jubanın gərçək kimliyinə dair demək olar heç nə bilinmir. Onun yalnız Fəllucədən gəldiyi deyilir. Juba amerikalı zabit Con plasterin hazırladığı "Ən yaxşı snayper" sənədli filmini izləyərək silah işlətməyi öyrənir.

İndiyə qədər 632 amerikan əsgərini, 23 yüksək rütbəli zabiti, 11 snayperi öldürməsilə məşhurlaşıb. Xüsusilə Bağdadda bir çox amerikan yüksək rütbəli hərbiçini aradan qaldırdığına görə ona xalq tərəfindən "Bağdad ovçusu" ləqəbi verilib. Onu daha çox məşhurlaşdıran şey qurbanlarının videolarını internetdə paylaşması olub.

Ona Juba adını isə amerikalı əsgərlər qoşub. "Juba" Amerikada qara dərililərin oynadığı rəqsdir. Əsgərlər isə onunla qarşılaşmağın ölüm ilə rəqs etməyə bərabər olduğunu bildiklərindən onu bu adla adlandırmağı daha uyğun qəbul edir. O, bütün qurbanlarını öldürən zaman həm də videoya çəkirmiş. Juba qurbanlarına birdən çox güllə xərcləməzdi. Elə videolarında da bir güllə səsi və qurbanın yerə çökməsi görülür.

Juba xususi kamuflajlar seçdiyindən və tez-tez yerini dəyişdiyindən əsgərlər güllənin hansı tərəfdən gəldiyini təyin edə bilmir.

Məşhur "American Sniper" filmi Jubanın suiqəsdlərindən əsinlənərək çəkilib. Jubanın hazırda İraq İslam ordusuna xidmət etdiyi İŞİD terrorçularına snayper təlimi keçdiyi deyilir.