Ermənilər təlaşda: Putin bizi Bakıdan qorumayacaq

Ermənilər təlaşda: Putin bizi Bakıdan qorumayacaq

4 Mart 2018 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ermənistanı qorumayacaq.

Bu iddia ilə "1in.am" saytındakı məqaləsində erməni ekspert Avetis Babacanyan çıxış edib.

"Ermənistanın Rusiya ilə imzalanan müttəfiqlik haqqında müqaviləsi var. Lakin Putinin son çıxışından belə çıxır ki, bizi yalnız nüvə hücumu zamanı qoruyacaqlar. Ermənistanın hazırda yalnız bir real düşməni var, o da Azərbaycandır. Azərbaycanın isə nüvə silahı yoxdur. Digər potensial düşmən isə Türkiyədir və o da nüvə gücü sayılmır. Yəni bu ölkələrin hücumu zamanı Rusiyanın hərəkətə keçməsini gözləməyə dəyməz. Ermənistana ABŞ və ya Çinin hücumu isə başqa məsələdir. Belə olan halda Rusiyanın cavabı ani olacaq. Bu da yalnız bir halda baş verəcək. Əgər ABŞ və Çin Ermənistana nüvə zərbəsi endirsə, Moskva cavab verəcək. Bəlkə də hücumdan sonra Rusiyanın bu müttəfiqlik sənədini itirdiyi ortaya çıxacaq", - deyə Babacanyan bildirib.Axar.az