S-400 zenit raket kompleksləri NATO sistemlərinə uyğun gəlmir

S-400 zenit raket kompleksləri NATO sistemlərinə uyğun gəlmir

3 Mart 2018 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

S-400 zenit raket kompleksləri NATO sistemlərinə inteqrasiya olunmur.

Bu sözləri Afinada səfərdə olan NATO baş katibinin köməkçisi Rouz Qetemüller deyib.

"NATO üzvləri bilməlidirlər ki, ən yüksək nəticə yalnız NATO üzvləri ilə əməkdaşlıq sayəsində təmin edilə bilər. Bu sistemləri araşdırmaq istəyirik. S-400 NATO sistemlərinə inteqrasiya edilmir. Bu səbəbdən NATO üzvü S-400 sistemləri almadan əvvəl sözügedən məsələni araşdırmalı idi", - NATO nümayəndəsi bildirib.

Qeyd edək ki, NATO üzvü olan Türkiyə Rusiyadan S-400 kompleksləri alıb.Axar.az