Armen Sarkisyan Ermənistanın yeni prezidenti olub

Armen Sarkisyan Ermənistanın yeni prezidenti olub

2 Mart 2018 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.

Müxalifət sayılan "Tsarukyan" fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok "Çıxış"ın isə namizəd irəli sürmək üçün parlamnetdə yetərincə deputatı yoxdur.

Qeyd edək ki, bu ilin aprelində indiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarə etməsinə keçəcək. Ölkənin əsas qanuna görə, prezidentin səlahiyyətləri məhdudlaşdırlacaq, Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sarqsyanın tutacağı ehtimal olunur.