“QRU” Almaniya XİN-in məxfi sənədlərini oğurladı...

“QRU” Almaniya XİN-in məxfi sənədlərini oğurladı...

2 Mart 2018 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hakerləri Alman hökumətinin kompüter şəbəkəsini sındıraraq məxfi sənədlər oğurlayıblar.

Bu haqda ölkənin "dpa" agentliyi Almaniyanın xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat verir. "ART 28" haker qrupu zərərli proqramlar tətbiq edərək Xarici İşlər və Müdafiə nazirliklərinin şəbəkəsinə girib və gizli sənədlərin surətini götürə bilib. Alman xüsusi xidmət orqanları hücum barədə yalnız 2017-ci ilin dekabrında xəbər tutublar. Mütəxəssislər Rusiya hakerlərinin müdaxiləsinin bütövlükdə ötən il ərzində davam etdiyini istisna etmir...

Ekspertlər rus hakerlərin federal kansler, nazirliklər, cinayətkarlıqla mübarizə idarəsi, hesablama palatası və gizli xidmətlər tərəfindən istifadə edilən hökumət internet və kompüter şəbəkəsinə nə dərəcədə nüfuz eməsini öyrənməyə çalışırlar.

"Fancy Bear" kimi də tanınan "APT28" qrupunun 2015-ci ildə Bundestaqın daxili kompüter şəbəkəsinə hücum edərək təxminən 17 geqabaytlıq məlumat yüklədikləri də bildirilir.

Alman mütəxəssislər "ART28" qrupunun Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin ("QRU") rəhbərliyi altında fəaliyyət göstərdiyini hesab edirlər.Moderator.az