Afrində PKK-YPG-PYD  tərəfindən erməni vandallığı təcrübəsi – 211 uşaq...

Afrində PKK-YPG-PYD tərəfindən erməni vandallığı təcrübəsi – 211 uşaq...

1 Mart 2018 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Afrin əməliyyatı nəticəsində küncə sıxışan terrorçular mülki insanları qalxan olaraq istifadə etməklə yanaşı, tabe olmaq istəməyən dinc əhalini də vəhşicəsinə qətlə yetirir.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə kəşfiyyat qurumlarının hazırladığı hesabatda Afrində terrorçuların 211 uşağı qətlə yetirdiyi məlum olub.

Hesabatda həmçinin aralarında qadın və yaşlıların da olduğu 417 dinc sakinin PKK-YPG-PYD terrorçularına tabe olmaqdan boyun qaçırdığı üçün öldürüldüyü bildirilib. Ailələri TSQ ilə döyüşmək üçün zorla qaçırılan azyaşlıların fotolarını da təqdim edib.

Qeyd edək ki, terrorçuların Afrində törətdiyi çirkin əməllər ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri, uşaq, qadın, yaşlı demədən öldürülən yüzlərlə azərbaycanlının başına gətirilən faciələri xatırladıb. Afrində Qarabağda yaşanan "erməni vandallığı"nı xatırladan hərəkətlər həmçinin yerli mənbələrə əsasən öz təsdiqini tapıb.