Fransa Suriya müxalifətini qanuni tərəfdaş adlandırdı

Fransa Suriya müxalifətini qanuni tərəfdaş adlandırdı

23 Noyabr 2011 21:42
Bəyəndim (0) Bəyənmədim (0)

France Presse xəbər agentliyinin məlumatına görə, bu gün Fransanın Xarici İşlər naziri Alen Jüppe Suriya müxalifətini təmsil edən qüvvələrin Fransa üçün qanuni tərəfdaş olduqlarını bildirib. O qeyd edib ki, Fransa rəhbərliyi Suriya Milli Şurasının rəhbəri Burhan Qalyunla danışıqlarını davam etdirəcək. Nazir həmçinin Suriyanın silahlı müqavimətinə ölkədəki bütün müxalifəti öz ətrafında birləşdirməyi tövsiyə edib. Hökumət nümayəndəsi onu da bildirib ki, Fransa Avropa Birliyindəki müttəfiqlərinə Suriyada "humanitar dəhlizlər" yaratmağı təklif edəcək. Alen Jüppe hələlik Suriyaya hərbi müdaxilənin olacağını inkar edir.

Fransa Suriya xalqına fransızsayağı məhəbbət bəsləyir. Çünki altdan yuxarı müxalifətə dəstək verir...

Fuad Borçalı

O.M.