"Müsavat" partiyasının rəsmisi Rəsul Quliyevi tənqid etdi

"Müsavat" partiyasının rəsmisi Rəsul Quliyevi tənqid etdi

12 Noyabr 2011 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
"Bütün bunlardan sonra onun başqalarına dərs keçməyə haqqı varmı?"

ABŞ-da mühacirətdə olan Rəsul Quliyev "Azadlıq" qəzetinə verdiyi son müsahibəsində Azərbaycan müxalifətinin liderlərinə qarşı ağır ittihamlar irəli sürüb. R. Quliyev İctimai Palatanın (İP) təşkil etdiyi mitinqlərin vaxtından əvvəl keçirildiyini bildirib və liderləri məsuliyyətsizlikdə günahlandırıb. "Yeni Müsavat" qəzetinin məlumatına görə, R.Quliyevin müsahibəsinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı kəskin reaksiya verib. A.Hacılı məhbəsdən redaksiyaya məktub göndərərək R.Quliyevə cavab verib.

Məktubda deyilir:
"
Yatıb yuxuda özlərini Azərbaycan prezidenti görənlərin əksəriyyəti şəxsi təhlükəsizliyi naminə qaçıb Amerikada, Avropada, Rusiyada və başqa yerlərdə gizlənməsəydilər, cəmiyyət indiki ağır duruma düşməzdi. Rəsul Quliyev xalqın azadlıq uğrunda apardığı mübarizəyə, xalqın içində və mübarizənin önündə olan real liderlərə qarşı zaman-zaman laf olmaqdansa, bu barədə düşünsün. Rəsul Quliyev partiyasının, hətta yaxın-əqrəbasının onu inkar etməsinin səbəbləri, 2005-ci il parlament seçkiləri ərəfəsində onun düşünülməmiş hərəkətlərinin minlərlə adamın şəxsi faciəsinə çevrilməsi, bu hərəkətlərin Azərbaycan cəmiyyəti üçün fəlakətli 5 ilin nəticələri barədə düşünsün. Düşünsün ki, bütün bunlardan sonra onun başqalarına dərs keçməyə haqqı varmı?"

O.M.