Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçildi

Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçildi

11 Noyabr 2011 19:47
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Demokrat İttifaqının (BDİ) zirvə toplantısı keçirilib. AMİP mətbuat xidmətindən verilən məlumata görə, yığıncaqda AMİP lideri Etibar Məmmədov, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə də iştirak ediblər.

Toplantıda "Qlobal maliyyə riskləri", "Ərəb inqilabları", "Böhranlar dövründə ictimai islahatlar" və "XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi" kimi vacib problemlərlə bağlı müzakirələr aparılıb və bir sıra sənədlər qəbul olunub. İclasda E. Məmmədov, qurumun Xarici Əlaqələr Daimi Komitəsində isə Yusif Bağırzadə Azərbaycandakı mövcud durumla bağlı çıxışlar ediblər.
Zirvə toplantısında Avstraliyanın sabiq baş naziri Con Hovard BDİ-nin sədri, AMİP lideri Etibar Məmmədov isə yenidən sədr müavini seçilib.
BDİ-nin zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kameron liderləri öz iqamətgahında qəbul edib.

O.M.