P.Şmitt: "Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmişsiniz"

P.Şmitt: "Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmişsiniz"

11 Noyabr 2011 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçısı İ. Əliyev bunun Macarıstan prezidentinin Azərbaycana ilk səfəri olduğunu bildirib, səfərin çox yaxşı nəticələri olacağına əminliyini ifadə edib: "İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcək. Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq. İnanıram ki, səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaq, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq".
Öz növbəsində, Macarıstan prezidenti P. Şmitt öncə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar prezident İ. Əliyevi təbrik edib: "Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmişsiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı. Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar var".

Yeri gəlmişkən, macar dilində Hungary adlanan Macarıstanın əhalisi qədim türk tayfası olan Hunların törəmələri olduqlarını iftixarla qeyd edir...

Hafiz Əhmədov

O.M.