"Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları var"

"Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları var"

10 Noyabr 2011 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları var". Bu barədə "Yeni Müsavat"a açıqlamasında iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib. Ayrı-ayrı məmurların süründürməçiliyinin, öz korporativ maraqlarını önə çəkməsinin vətəndaşlara problem yaratdığını qeyd edən F.Ağamalı qanunları pozan məmurları nöqsanları aradan qaldırmağa çağırdı.

"Ölkə prezidenti cənab İlham Əliyev də bütün müşavirələrdə, rəsmi yığıncaqlarda, vətəndaşlarla görüşlər zamanı rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizəni önə çəkib, məmurlara bürokratiyadan uzaq olmaları üçün xəbərdarlıq edib. Prezident dəfələrlə çıxışlarında vəzifəli şəxslərə xəbərdarlıq edib ki, vəzifədən heç kim sui-istifadə etməsin, süründürməçiliyə yol verməsin. Bu yaxınlarda "Azərbaycan" qəzetində də məmur özbaşınalığı ilə bağlı böyük məqalə dərc olundu. Bu, elə-belə məsələ deyildi. Qanunsuzluğa yol verən məmurlar, özünü hamıdan üstün görən vəzifəli şəxslər həmin məqalədən nəticə çıxarmalıdırlar". Deputat vurğuladı ki, nə qədər gec deyil, həmin məmurlar nöqsanları aradan qaldırmalıdırlar. Əks halda, dövlət onlara iradəsini göstərəcək.

Qanun onu sevənlərin dostudur...

Sərvər Aslanov

O.M.