Bəşər Əsəd istefaya gedib həkimliklə məşğul olacaq

Bəşər Əsəd istefaya gedib həkimliklə məşğul olacaq

8 Noyabr 2011 01:37
Bəyəndim (0) Bəyənmədim (0)
Avropada isə qan su yerinə axacaq

"Suriya başçısı ömürlük prezident olmaq istəmir. O, nəzərdə tutduğu islahatları, çoxpartiyalı seçkiləri həyata keçirdikdən sonra istefaya gedəcək. Bu, Bəşər Əsədin qəti və dəyişməz qərarıdır", - deyə açıqlama verən Suriyanın Ali dini lideri Şeyx Əhməd Bədrəddin Hassun Almaniya jurnalistlərinə ölkədəki siyasi vəziyyət barədə məlumat verdi: "46 yaşlı lider tezliklə öz əsas peşəsinə, göz həkimliyinə qayıdacaq. "

Əl-Ərəbiyə kanalında nümayiş etdirilən süjetdə dini lider prezidentin düşüncələri haqda bunları dedi: "Bəşər Əsədin çoxdankı arzusudur ki, Oftalmoloji xəstəxananın baş həkimi olsun. "

"Prezident buraxdığı səhvləri və ölkədəki ağır iqtisadi-siyasi vəziyyəti yaxşı başa düşür. Ona görə də Ərəb Ölkələri Liqasının təklif etdiyi antiböhran planını qəbul edib", deyə sözlərinə davam edən Şeyx Əhməd Qərb ölkələrinə hədə-qorxu gəlməyi də unutmadı: "NATO-nun hərbi müdaxiləsi olarsa, dəhşətli fəlakət baş verəcək. İntiharçı-şəhidlər Avropanı qana boyayacaqlar. Qan su yerinə axacaq."

Xatırladaq ki, Avropa liderləri onun fikirlərini öldürülmüş Qəddafinin fikirləri ilə eyni ciddilikdə qəbul edirlər.

Yalançının evi yandı, heç kim inanmadı...

Fuad Borçalı

O.M.