Həbsdə olan Müsavat Gənclər Təşkilatının sədri Ramil Usubova müraciət etdi

Həbsdə olan Müsavat Gənclər Təşkilatının sədri Ramil Usubova müraciət etdi

5 Noyabr 2011 18:06
Bəyəndim (0) Bəyənmədim (0)
Bakı Şəhər İcra Hakimiyyəti Tural Abbaslının anasını məhkəməyə verdi

Qafqazinfonun məlumatına görə, Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Tural Abbaslı Daxili İşlər naziri Ramil Usubova müraciət göndərib. T.Abbaslı müraciətində ailəsinə olan təzyiqlərdən narahatlıq keçirdiyini bildirib. O, hesab edir ki, hüquq-mühafizə orqanlarının ailəsinə məxsus evin yerləşdiyi binada törədilən yanğın hadisələrinin araşdırılmaması siyasi ayrı-seçkiliyin nəticəsidir.

Müraciətdə deyilir: "Artıq dördüncü dəfədir ailəmin yaşadığı binanı yandırmağa cəhd göstərilib. Təəssüflər olsun ki, hüquq-mühafizə orqanları bir dəfə də olsun yanğın faktını araşdırmayıb. Bu, bir yana, nazirlik ümumiyyətlə ortaya mövqe qoymayıb. DİN-dən və şəxsən Ramil Usubovdan tələb edirəm ki, ailəmin təhlükəsizliyini təmin etmək üçün xüsusi mühafizə ayırsın".
Qeyd edək ki, T.Abbaslı İctimai Palatanın (İP) 2 aprel mitinqinə görə həbs olunub. Səbayel Rayon Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhbusun ailəsinin yaşadığı Səməd Vurğun - 49 ünvanında yerləşən binada 4 dəfə yanğın törədilib.

Məlumatda o da bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti T.Abbaslının anası Baxşıxanım Abbasovanı məhkəməyə verib.

O.M.