ABŞ ərəbləri İrana qarşı birləşdirir - Yeni həmlə

ABŞ ərəbləri İrana qarşı birləşdirir - Yeni həmlə

31 Dekabr 2017 00:06
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqon rəhbəri Сeyms Mettis Qatarın müdafiə naziri ilə söhbətində Fars körfəzində münaqişənin genişlənməsinin qarşısının alınmasının vacib olduğunu bildirib.

Mediainfo.az teleqraf.az-a istinadən xəbərinə görə, Mettisin qatarlı həmkarı Xalid əl-Əttiyyə ilə dekabrın 28-də görüşüb. Pentaqon rəhbəri Qatarın müdafiə nazirini baş nazirin müavini təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə Mettis İŞİD-lə, eləcə də İranın regiona törətdiyi təhlükəyə qarşı bütün tərədaşların səyləri birləşdirməli olduğunu vurğulayıb. Pentaqonun yaydığı açıqlamada bildirilir ki, tərəfdaş ölkələrin bu mübarizəyə fokuslanması üçün Fars körfəzində münaqişənin genişlənməsinə imkan verilməməlidir.