İsrail rəsmən bu qurumdan çıxdı

İsrail rəsmən bu qurumdan çıxdı

30 Dekabr 2017 23:44
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail YUNESKO üzvlüyündən rəsmən çıxdığını elan edib.

Tel-Əviv qurumun Fələstinyönümlü olduğunu və tarixə zərər yetirdiyini əsas gətirərək belə qərar qəbul edib.

YUNESKO rəhbəri Audrey Azolay İsrailin bu qərarından dərin təəssüf hissi keçirdiyini bildirib.

Qeyd edək ki, YUNESKO 2016-cı ilin 18 oktyabrında Əqsa Məscidinin yəhudiliklə bir əlaqəsinin olmadığını elan edib.

Netanyahu 2017-ci ildə açıqlamasında ABŞ-ın bənzər qərarından sonra YUNESKO-dan ayrılmaq üçün hazırlıqlara başlanılması üçün təlimat verdiyini bildirmişdi.axar.az