ABŞ “İŞİD” komandirlərini kürdlərin yanına toplayır...

ABŞ “İŞİD” komandirlərini kürdlərin yanına toplayır...

30 Dekabr 2017 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Şərqi Suriyadakı Deyr- ez- Zor əyalətinin bir neçə bölgəsindən "İŞİD" komandirlərini helikopterlərlə kürdlərin yaşadığı qonşu Haseke əyalətinə təxliyə edib.

Bu haqda "SANA" agentliyi etibarlı mənbələrə istinadla məlumat yayıb. Bir qədər öncə Rusiya hərbi qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Suriyanın cənubundakı Ət-Tənfi Amerika bazasında "IŞID" terrorçularının təlim düşərgələrinin fəaliyyət göstərməsi haqda dəqiq məlumatların olduğunu bildirmişdi.moderator.az