Prezident Yanardağla bağlı  göstəriş verdi

Prezident Yanardağla bağlı göstəriş verdi

29 Dekabr 2017 15:24
124
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

Unikal.org-un xəbərinə görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.