Macarıstan seçkilərində uşaqlar da iştirak edəcəklər

Macarıstan seçkilərində uşaqlar da iştirak edəcəklər

18 Aprel 2011 19:32
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni qanun parlamentdə müzakirəyə çıxardılıb

Macarıstanda yeni səsvermə tətbiq olunacaq. Dünyanın heç bir demokratik ölkəsi bu günə kimi bu ideyanı nəinki həyata keçirməyi, heç planlaşdırmağı belə fikrindən keçirməmişdi.

İqtidar partiyası "Fidesz" partiyasının üzvləri builki seçkilərdə yetkinlik yaşına çatmamış uşaqların anasına əlavə səsvermə hüququ verilməsi məsələsini bu gün məclisdə qaldırıblar. Partiyanın əhəmiyyətli simalarından biri olan Cozef Sajer deyir: "Macarıstan əhalisinin 20 faizi uşaqlardan ibarətdir. Əgər bu qanun qüvvəyə minərsə, biz parlaq gələcəyimiz üçün indidən təməl atmış olacağıq. Bu, bir növ keçmişin təkrarıdır. Necə ki, 50-ci illərdə qaradərililərə səsvermə haqqı qəribə görünürdü, necə ki, 100 il bundan əvvəl qadınların seçkilərdə iştirakı gülünc idi - günümüzdə də bizim bu qərarımız gülüş hissi doğura bilər. Ancaq çox keçməz ki, bütün dünya bu yeni ideyanı dəstəkləyər və tətbiq etməyə başlayar".

Ölkədə böyük mübahisələrə səbəb olan layihənin hazırlanmasında amerikalı alim Paul Demenin işlərindən ilham alındığı söylənilir.

Necə deyərlər, uşaq düz danışar...

Günel Həbib

O.M.