ABŞ 10 ölkəyə ən güclü raketini satır

ABŞ 10 ölkəyə ən güclü raketini satır

29 Dekabr 2017 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Raytheon" şirkəti 10 ölkəyə AMRAAM raketlərini satacaq. Mediainfo.az Azadinform-a istinadən xəbər verir ki, bunun üçün 634 milyon dollarlıq müqavilə imzalanıb.

Məlumata görə, raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.

Qeyd edək ki, AMRAAM ABŞ-ın silahlanmasında ən güclü idarə olunan raketlərdən biri sayılır. 1980-ci illərin sonunda ABŞ silahlanmasına mənsub ən ölümcül raketlərdən olub. Bu raketlər F-15, F-16, F-18 və F-22 təyyarələri üçün nəzərdə tutulub.