Bu il Suriyada 39 min insan öldürülüb

Bu il Suriyada 39 min insan öldürülüb

29 Dekabr 2017 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan hüquqlarının müdafiəçilərinin təxminlərinə görə, 2017-ci ildə Suriyada 39 minə yaxın insan həlak olub.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Şurası (SOHR) məlumat yayıb. Məlumatda bildirilir ki, Suriyada bu il vətəndaş müharibəsi zamanı həlak olanların 2100 nəfərdən çoxu uşaq, 1500 nəfərdən çoxu isə qadındır.

SOHR verdiyi məlumatda onu da qeyd edir ki, 12 ay ərzində müharibə zamanı, 2000-ci ildən bu günə kimi Suriya prezidenti olan Bəşər Əsəd ordusunun təxminən 3000 nəfər hərbçisi həlak olub.
Qeyd edək ki, vətəndaş müharibəsi zamanı əvvəlki illərə nəzərən bu il həlak olanların sayında azalma müşahidə olunur. Belə ki, 2015-2016-cı illərdə 45 və 55 min insan öldürülüb.
Sonda onu da qeyd edək ki, 2011-ci ildən bu günə kimi davam edən vətəndaş müharibəsi zamanı təxminən yarım milyona yaxın suriyalı öldürülüb.