ABŞ-ın yeni planı ortaya çıxdı - Mahmud Abbas devrilir

ABŞ-ın yeni planı ortaya çıxdı - Mahmud Abbas devrilir

29 Dekabr 2017 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası başqası ilə əvəz etmək istəyir.

Bu barədə İsrailin "Kanal 10" televiziyası informasiya yayıb.

Trampın qərarına səbəb kimi son dövrdə gərginləşən Vaşinqton-Ramallah münasibətləri göstərilib. Ağ Evin Fələstinin başında öz məqsədlərinə uyğun birinin dayanması istəyi Qüds qərarından sonra Mahmud Abbasın sərt mövqe nümayiş etdirməsindən irəli gəlib.

Donald Trampın Fələstinin yeni lideri qismində "Fəth" təşkilatının rəhbəri Məhəmməd Dahlanı və ya Fələstinin keçmiş lideri Salam Fəyyazı görmək istədiyi bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü Fələstinin paytaxtı kimi tanıması Fələstinin İsraillə sülh prosesində Ağ Evi artıq vasitəçi qismində qəbul etmədiyini açıqlamasına səbəb olub.Axar.az