Prezident təcili əməliyyat olundu

Prezident təcili əməliyyat olundu

29 Dekabr 2017 09:01
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya prezidenti Marselu Rebelu di Soza göbək yırtığı səbəbindən təcili əməliyyat olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin saytında dərc olunmuş məlumatda bildirilir.

"Əməliyyat yanvarın əvvəlinə planlaşdırılmışdır, lakin xəstəlik ağırlaşdığından həkimlər əməliyyatı bu gün keçirməyə qərar veriblər", - deyə məlumatda bildirilir.

Əməliyyat səbəbindən prezident yaxın günlərə planlaşdırılmış tədbir və səfərləri təxirə salıb.