Sadıxov: “ABŞ beynəlxalq hüququ qəbul etmir”

Sadıxov: “ABŞ beynəlxalq hüququ qəbul etmir”

28 Dekabr 2017 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsverməni ABŞ-ın "şəxsi məsələ kimi" qəbul etdiyini və ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik.az-a deyib ki, artıq beynəlxalq hüquq normaları arxa plana keçib:

"BMT-ni yaradan aparıcı dövlətlər beynəlxalq hüququ inkar edir. ABŞ üçün əsas olan strateji maraqlarıdır. Bu dünya siyasətindəki bir sıra proseslərə mənfi təsir edəcək".