Azərbaycan Səudiyyə Ərəbistanını müdafiə etdi

Azərbaycan Səudiyyə Ərəbistanını müdafiə etdi

28 Dekabr 2017 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz Səudiyyə Ərəbistanına raket hücumlarını qınayırıq".

Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H. Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: "Regionda sülhün və sabitliyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə Yəməndəki Husi qiyamçıları arasında qarşıdurma bir neçə ildir, davam edir. Husi qiyamçıları Səudiyyə Ərəbistanı ərazisinə bir neçə dəfə raket atıb. Sonuncu dəfə onlar Səudiyyə Kralının sarayını hədəf alsalar da, raket göydə zərərsizləşdirilib.