İrandan İstanbuldakı Qüds qərarına  etiraz

İrandan İstanbuldakı Qüds qərarına etiraz

28 Dekabr 2017 08:58
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbul sammitində Şərq Qüdsü Fələstinin paytaxtı kimi tanıyan qərar qəbul olunmuşdu. Bu qərar Fələstin torpaqlarını və Qüdsü parçalamaq deməkdir.

Bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti söyləyib.

Vilayəti İstanbul sammitində Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyan qətnaməyə etirazını bildirib: "Şərqi Qüds. Bu, Fələstin torpaqlarını və Qüdsü bölmə mənasına gəlir. Bir Qüds var, o da Fələstinin paytaxtıdır".

Qeyd edək ki, bu gün İran parlamenti Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb.(axar.az)