Rusiya “Javelin” raketinə görə Gürcüstanı hədələdi

Rusiya “Javelin” raketinə görə Gürcüstanı hədələdi

27 Dekabr 2017 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Gürcüstan ordusuna tank əleyhinə "Javelin" raket komplekslərini verməsi Rusiyada qəzəblə qarşılanıb.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanın "Javelin" komplekslərini almasından narahatlıq ifadə edərək bu ölkənin NATO-nun "Rusiyanı çəkindirməyi nəzərdə tutan strategiyasına" daxil olduğunu bildirib. Yüksək rütbəli rusiyalı diplomat deyib:"Bu fakt ("Javelin" raketlərinin alınması və NATO ilə əməkdaşlıq) Gürcüstanın təhlükəsizliyini gücləndirməyəcək".

Rəsmi Tiflis Karasinin bu bəyanatına reaksiya verməyib. Təhükəsizlik məsələləri üzrə ekspert Zurab Batiaşvili isə "Pirveli" agentliyinə müsahibəsində deyib ki, "Javelin" raketlərinin alınması Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də NATO-nun maraqlarına uyğundur. Batiaşvili qeyd edir ki, Rusiya Qərbin Şərqi Avropada fəallığından narahatdır.

Bəs Karasinin sözləri təhdid mənasını verirmi və Rusiya Gürcüstana növbəti hərbi intervensiyaya hazırlaşırmı? Ekspertə görə bunun üçün Rusiyaya "Javelin" raketlərinin alınmasından başqa 2008-ci ildə olduğu kimi "daha iri səbəblər" lazımdır. Bu "iri səbəblər" isə Cənubi Osetiya və Abxaziya ilə bağlı gərginlik, yaxud Dağlıq Qarabağda müharibənin başlaması ola bilər. "Bu münaqişəni süni şəkildə qızışdıra bilərlər və Gürcüstan bax onda ehtiyatlı, maksimum diqqətli olmalıdır"-Batiaşvili bildirib.Virtualaz.org