Rusiya parazitdir, 2023-cü ildə parçalanacaq

Rusiya parazitdir, 2023-cü ildə parçalanacaq

27 Dekabr 2017 09:45
114
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya təkbaşına inkişaf etmək imkanı olmayan parazitdir.

Bunu "Polşa radiosu"na açıqlamasında polyak politoloq Yeji Tarqalski söyləyib.

"İstənilən parazit kimi, o, yemsiz yaşaya bilməz. Rusiyanın son 300 ildə inkişafı bu sistemə bənzəyir. Dövr ekspansiyadan başlayır. Rusiya nə qədər çox oğurlayırsa, o qədər çox tələbatı yaranır. Hansısa zamanlarda ekspansiya müqavimətlə qarşılaşır, hər şey durğunluğa, reform cəhdlərinə və süquta səbəb olur. Stabilləşmə dövrü başa çatanda isə Rusiya yenidən növbəti ekspansiya mərhələsinə keçir. Rusiyanı parçalamağın ən yaxşı yolu onun ekspansiyasız dövrünü uzatmaqdır. Bu, durğunluq və süquta səbəb olacaq. Putin 2000-ci illərdə Rusiyanın süqut dövrünün qarşısını aldı və yenidən ekspansiyaya başladı. Bu mərhələ 2014-cü ildə Ukraynada başa çatdı. Əgər Rusiya Qərbdən heç bir güzəşt əldə etməsə, 2023-cü ildə ölkədə süqut mərhələsi başlayacaq. Rusiyanın xilas yolu yerli sistemin dəyişdirilməsidir. Buna cəhdlər olub. 1906-cı ildə Baş nazir Stolıpin buna cəhd etdi. Onun fikrincə, Rusiya 25 il müharibədən kənarda qalmalı idi. Bu düşüncə tərzi Rusiya idarəçiləri üçün səciyyəvi deyildi. Ölkənin sistemini dəyişdirməyə hesablanmış yeganə ciddi cəhd fəlakətlə başa çatdı", – deyə o bildirib.(axar.az)