Kreml oliqarxların sərvətini Qərbdən bu cür gizlədəcək

Kreml oliqarxların sərvətini Qərbdən bu cür gizlədəcək

27 Dekabr 2017 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Maliyyə Nazirliyi Amerika və Avropa tənzimləyicilərindən Rusiya biznesmenlərinin ofşor zonalardan geri qaytarılmış pullarını gizləyəcək.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə naziri Anton Siluanov söyləyib. Onun sözlərinə görə, Rusiya avrobondlar buraxacaq və bunun sayəsində oliqarxlar Rusiyada öz pulları ilə ABŞ sanksiyaları altına düşmək təhdidi olmadan çalışa biləcəklər:

"Çoxları öz pullarını Qərbin yurisdiksiyasından Rusiyaya qaytarmaq istəyir. Biz istərdik ki, onlar birbaşa investisiyalar şəklində yatırılsın, amma hər kəs buna hazır deyil".