Türkiyə 4 divizion “S-400” kompleksini 2,5 mlrd. dollara aldı

Türkiyə 4 divizion “S-400” kompleksini 2,5 mlrd. dollara aldı

27 Dekabr 2017 08:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion "S-400" zenit-raket kompleksi əldə edib. Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Rostex"in baş direktoru Sergey Çemezov "Kommersant"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə "S-400"-lərin alınması üçün Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: "Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq", - deyə o bildirib.

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.