Rusiya dəhşətli raketini sınaqdan keçirdi
Rusiya RS-12M Topol qitələrarası ballistik raketini sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Sınaq Həştərxan vilayətinin Kapustin Yar poliqonunda baş tutub.
Qeyd edək ki, RS-12M Topol raketi 11000 kilometr məsafədə yerləşən hədəfləri məhv etmək qabiliyyətindədir.
Digər xəbərlər