Almaniya: AB-yə nə Ukrayna, nə də Türkiyə qəbul ediləcək

Almaniya: AB-yə nə Ukrayna, nə də Türkiyə qəbul ediləcək

26 Dekabr 2017 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Brüssel Ukrayna və Türkiyə ilə münasibətlərini yeni model əsasında qura bilər.

Bunu "Funke" media qrupuna müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib.

"Əgər biz Britaniya ilə məntiqli razılaşma hazırlaya bilsək, o, digər ölkələrə də nümunə olacaq. Bu sistem Ukrayna və Türkiyəyə tətbiq oluna bilər. Yaxın illərdə bu ölkələr Avropa Birliyinin (AB) üzvləri olmayacaq. Buna görə də biz əməkdaşlıq üçün alternativlər barədə düşünməliyik", – deyə o bildirib.axar.az