İŞİD terror təşkilatının yaraqlıları Əfqanıstana yerləşdirilir

İŞİD terror təşkilatının yaraqlıları Əfqanıstana yerləşdirilir

25 Dekabr 2017 11:50
116
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya və İraqdan təxliyə edilən İŞİD terror təşkilatının yaraqlıları Əfqanıstana yerləşdirilir

FaktXəbər-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya rəhbərliyi ictimaiyyəti məlumatlandırıb.

Bildirilir ki, münaqişə zonalarında əsir düşmək və ölümdən xilas olan terrorçular məhz Əfqanıstandakı düşərgələrdə sığınacaq tapırlar. Sayları 10 min nəfəri keçən yaraqlılar müxtəlif millətlərdən olan Suriya və İraq ərazisində döyüşüblər.

Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, İŞİD-çilər ölkədəki gücünü son dövrlər əhəmiyyətli dərəcədə artırıb. Proqnozlara görə, hərbiçilərin sayı 10 mini keçir və Suriya ilə İraqdan yeni döyüşçülərin gətirilməsi ilə bu say artmaqda davam edir.

Əfqanıstanın eks-prezidenti Həmid Kərzai də bir müddət əvvəl açıqlamasında qeyd edib ki, ölkəsində terrorçuların varlığı ABŞ-ın layihəsidir və İŞİD üzvlərinin hər biri xaricdən bəlli hədəflər üçün gətirilir. O, həmçinin əlavə edib ki, İŞİD terror təşkilatı ABŞ tərəfindən dəstəklənir.

Ehtimal olunur ki, Əfqanıstana yerləşdirilən və təlim alan terrorçular bu dəfə ünvanı Mərkəzi Asiya ölkələri olaraq seçib. Məhz bu ölkələrə soxulmağı planlaşdıran terror təşəbəkəsi yeni qətliam planları hazırlamaqdadır.