İran ABŞ-ın terrorçu dövlət olduğunu sənədlərlə sübut etməyə hazırdır

İran ABŞ-ın terrorçu dövlət olduğunu sənədlərlə sübut etməyə hazırdır

2 Noyabr 2011 20:42
Bəyəndim (0) Bəyənmədim (0)
Ayətulla Əli Xamneyi ABŞ-ı dünyanın ən böyük terrorçu dövləti adlandırıb

Reuters agentliyinin məlumatına görə, İranın ruhani lideri Ayətulla Əli Xamneyi ABŞ-ı dünyanın ən böyük terrorçu dövləti adlandırıb. O bildirir ki, İran arxivlərində ABŞ-ın Yaxın və Orta Şərqdə, o cümlədən İranda hazırladığı terror əməliyyatlarını sübut edəcək təkzibolunmaz sənədlər var. Ayətulla tezliklə bu sənədləri ictimaiyyətə təqdim edəcəklərini, bununla da ABŞ-ın insan hüquqlarının müdafiəçisi maskasını yırtacaq.

Xatırladaq ki, bu bəyanat ABŞ-ın İran terrorçularını ifşa etməsi barədə yaydığı məlumatdan sonra səslənib.

Liviya hadisələrindən sonra gərginlik azalmaq əvəzinə daha da yüksəlir...

Hafiz Əhmədov

O.M.