H.Klinton İran müxalifətinə Liviya ssenarisini təklif etdi

H.Klinton İran müxalifətinə Liviya ssenarisini təklif etdi

2 Noyabr 2011 19:58
Bəyəndim (0) Bəyənmədim (0)
"ABŞ İranda varlığını hiss etmək istəyir"

DirectNews agentliyinin İran mətbuatına istinadən yaydığı xəbərdə bildirilir ki, ABŞ-ın dövlət katibi Qərbin yeni hədəfini müəyyən edib. Bu, İran İslam Respublikasıdır. Dövlət katibi çıxışında açıq-aydın İran müxalifətinə mesaj göndərib: "Əgər İran müxalifəti məqsədinə çatmaq istəyirsə, bütün qüvvələrini beynəlxalq ictimaiyyətdən dəstək almağa yönəltməlidir. Onlar liviyalı həmkarları kimi hərəkət etməklə beynəlxalq dəstəyi ala bilərlər. Əgər 2009-cu ildə kütləvi etirazlara başlayan İran müxalifəti beynəlxalq dəstəyi qəbul etsəydi, hadisələr başqa cür cərəyan edərdi. Bu dəfə müxalifət buraxdığı səhvi təkrarlamamalıdır." Hillari Klinton sözlərinə onu da əlavə etdi ki, ABŞ-la İran arasında diplomatik əlaqələr olmasa da, Amerika bu ölkədə varlığını hiss etmək istəyir. Bu məqsədlə tezliklə internet üzərindən virtual səfirlik açılacaq və iranlılar viza, təhsil və digər vacib məlumatları ala biləcəklər.

Qərb şərqə doğru irəliləyir...

Sərvər Aslanov

O.M.