Abbasdan Ərdoğana qarşı çıxmasını istəyən kimdir?

Abbasdan Ərdoğana qarşı çıxmasını istəyən kimdir?

23 Dekabr 2017 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Fələstin lideri Mahmud Abbasla görüşündə ondan Ərdoğana qarşı çıxmasını istəyib.

Bu barədə informasiyanı İsrail kəşfiyyatı MOSSAD-a yaxınlığı ilə seçilən "Debka fayl" portalı yayıb.

"Kral Salman Abbasdan Trampın Qüds siyasətinə qarşı çıxmamasını istəyib. Abbasın bu siyasətə qarşı çıxmaması qarşılığında isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən dəstək görəcəyi bildirilib. Görüşdə həmçinin Abbasdan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla əlaqəsinin qırılması da istənilib" – deyə sayt bildirib.axar.az