Türkiyənin terrorçulara atdığı bombalar saxtadır

Türkiyənin terrorçulara atdığı bombalar saxtadır

23 Dekabr 2017 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin cənub-şərqindəki terrorçulara qarşı istifadə etdiyi bombalar saxtadır.

Bununla bağlı Türkiyə Jandarma Qüvvələrinin cənub-şərq bölgəsinin nümayəndəsi iddia irəli sürüb.

Onun fikrincə, ABŞ-da alınan bombalar terrorçuların yaxınlığına düşsə də, partlamır və nəticədə terrorçular qaçmağa nail olurlar.

Bölgə nümayəndəsi bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin ABŞ silahları ilə Afrində əməliyyata qatılması türk əsgərləri üçün qətliamdır.

Məsələ ilə bağlı Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb. Nazirlik iddiaları yalan adlandırıb: "Həyata keçirilən əməliyyatlarda kifayət qədər terrorçu zərərsizləşdirilib. Bu kimi iddialar yersizdir. Afrinə gəlincə, Fərat Qalxanı Hərəkatının uğurlarını xatırlamaq kifayətdir. Həmin əməliyyatda da eyni silahlardan istifadə olunub".Teleqraf.com